Azərbaycan dövlət səs yazıları arxivi

Bülbülün xətirə muzeyi

Gramaphone April 1905 Pate Sport-Record Phonovalik Extraphone Nogin

Tarixçə

Azərbaycanda səsyazma tarixinin başlanğıcı 1901-ci ildə Bakıda Rus İmperator musiqi cəmiyyəti yerli şö`bəsinin açılışı ilə bağlıdır.


Professor BülBül Cabbar Garyağdıoğlu

XX yüzilliyin ilk onilliyində Azərbaycan folkloruna maraq durmadan artır. Şərq tarixində ilk dəfə səsini grammafon valına yazdıran dahi Azərbaycan xanəndəsi Cabbar Qaryağdıoğlu olmuşdur ki, onun ilk müşayiətçisi kimi görkəmli tarzənimiz Qurban Primov çıxış etmişdir. C. Qaryağdıoğlu ilə yanaşı valları buraxılan və nəinki adı, eləcə səsi ilə tarixdə yaşayan və milli mədəniyyətimizi yaşadan görkəmli cimalardan Şəkili Ələskər Abdullayevin, Mirseyid Mirbabayevin, İslam Abdullayev, Məcid Behbudov, Məşədi Məhəmməd Fərzəliyev,Keçəçioğlu Məhəmməd, Seyid Şuşinski və digərlərinin adları çəkilməlidir. Buraya Azərbaycan teatrının tanınmış aktyorlarının səs yazılarını da əlavə etmək olar.


Musiqili sandıqca
( Azərbaycan dövlət səs yazıları arxivi )

 

1913-cü ildə Bakıda qrammafon buraxan səhmdar cəmiyyətlərin say artımı ilə yanaşı, fəaliyyətləri də genişlənir: ingilis “Qrammafon” və fransız “Pate” firmalarının ayrıca Bakı şö`bələri açılır. Azərbaycan musiqi mədəniyyətinin vallara yazılması və yayımı çevrəsində o zamankı birinçiliyə yiyələnmiş “Sport-Pecord” firmasının emblemindı tar, kamança və dəf təsvir olunmuşdu. Firmanın 1913-cü ildə vallara yazdığı Zülfüqar Hacıbəyovun “Evlikən subay” və “Əlli yaşında cavan” musiqili komediyalarından ikincisinin tam vallar toplusu Azərbaycan Dövlət səs yazıları arxivində indiyədək qorunur.

1916-cı ildə “Ekstrafon” firmasının Kiyev şö`bəsi ilk Azərbaycan onerasının – Üz. Hacıbəyovun “Leyli və Məcnunu”nu grammafona yazsa da, həmin vallar bizim övrə gəlib çatmamışdır.

1932-ci ildə Dövlət opera və balet teatrının solisti Bülbül Azərbaycan Dövlət konservatoriyasında elmi araşdırmalar kabinəsi yaratmaq işinə başlayır. Qafqazda ilk elmi araşdırmalar qurumu qarşısında Azərbaycan xalq melodiyalarının toplanması, öyrənilməsi və yayımlanması kimi başlıca məqsədlər qoyulmuşdu. Onun işındə tanınmış musiqişunaz-professorlar V. Pasxalov və A. Belyayev, bəstəkarlardan Üzeyir Hacıbəyov, Niyazi, Səid Rüstəmov, gənclərdən Qara Qarayev, Cövdət Hacıyev və gələcək nəzəriyyəçi Z. Stelnik yaxından iştirak etmişlər.


Herophon
( Azərbaycan dövlət səs yazıları arxivi )

Dağlıq Garabağa ilk folklor ekspedisiyası zamanı fonovaliklərə 150-dən çox xalq mahnısı yazılmışdı. Bu zaman kabinə iki fonoqraf, diktofon və 200 mum valikdən faydalanmışdı.

1932-1939-cu illərdə Gəncə - Şəmkir və Şəki – Zaqatala bölgələrinə, eləcə də Ermənistan və Gürcüstanın azərbaycanlılar yaşayan bölgələrinə (Dilican, Basarkeçər, Borçalı, Sandar) ekcpedisiyalar keçirilmişdi.

Həmin illərdə Noginsk zavodu saz-söz sənətkarlarından Aşıq Mirzə (Bayramovun), Aşıq Əsəd (Rzayevin), Aşıq İslam (Yusifov), Aşıq Qara (Movlayev) və Aşıq Teymurun (Huseynov) vallarında onların səsi və çalğısını həmişəlik yaşatmışdır. Tanınmış aşıq və xanəndələrlə yanaşı, Üz. Hacıbəyovun “Koroğlu”, M. Maqomayevin “Nərgiz” və R. Qlierin “Şahsənəm” operalarından ariyalar da 1940-cı illərdə buraxılan vallarda öz əksini tapmışdır.


© Musigi Dunyasi
© Keroglu-T

Əsəs səhifə