Azərbaycan Respublikası Dövlət səs yazıları
arxivi (ARDSYA) 1968-ci ildə guruluşlaşmağa
başlarkən
onun 4 şö`bəsi (bölməsi) vardı:
fonosənədlərin qeydiyyatı və qorunması
arxiv fondunun (hazırda milli arxiv fondunun) doldurulması
və tamamlanması (komplektləşdirmə);
fonosənədlərin nəşri və onlardan faydalanma;
elmi-texniki
Hazırda ilk sadalanan üç bölmə (şö`bə)
birləşdirilib və hər üçünün
vəsifəsini bir bölmə yerinə yetirir. Həmin
vəzifələr aşağıdakılardır:
1) Arxivə
daxil olan yaxud gətirilən fonosənədlər
ilk növbədə mütləq ekspertizadan keçirilərək
qəbul olunmuş qaydada fonosənədlərin dövlət
tərəfindən qorunması kitabında qeydə
alınırlar. Qeydəalınmada fonosənədin
təsviri, yə`ni onun tarixi-mədəni dəyəri,
keyfiyyəti və digər özəllikləri göstərilməlidir.
Həmin bilgilər əsasında hər fonosənədin
adlı və mövzu kartı hazırlanaraq kartotekaya
keçirilir.Bununla yanaşı:
Baş arxiv idarənin rəisi
Ataxan Əvəz oğlu Paşaev
|
ən dəyərli
fonosənədlərin sığorta fondu yaradılır
vaxtı ötmüş
fonosənədlərin üzləri vaxtaşırı
təsələnir (yeniləşdirilir);
yanğın təhlükəli
fonoyazılar davamlı səs daşıyıcılarına
köçürülür yüzilliyin
başlanğıcında buraxılan qrammafon vallarının
fungisid yolla kimyəvi təmizlənmə işi
aparılır.
Dövlət səslər arxivi 1995-ci ildən başlayaraq
görüntü video yazılarını da toplayıb
qoruyur və arxivin əməkdaşlarının
özləri də çəkilişlər aparırlar.
2) Dövlət
səslər arxivinin əməkdaşları istənilən
obyektlərdə (idarələr və təşkilatlarda)
və ayrı-ayrı vətəndaşlarda dəyərli
səs yazılarinı aşkarlayıb,
onların dövlət tərəfindən qorunması
üçün arxivə qəbulu yönündə
geniş miqyaslı iş aparırlar.
3) Dövlət səslər arxivi tərəfindən:
fonosənədlərin nəşri;
müxtəlif fonosənədlər topluları
və fonosənədlər əsasında çoxsaylı
mövzular üzrə xülasələr hazırlanması
araşdırıcılarla əməkdaşlıq
mətbuat, radio və televiziya ilə arxiv sənədlərinin
yayımı yönündə yaradıcılıq
işi aparilir.
Yaqub
Mədətov
|
Azərbaycan Dövlət səslər arxivinin
ilk direktoru 1969-cu ilin yanvarından 1974-cü ilədək
Gültəkin Sultanova (hazırda filoloji elmlər
doktoru) olmuşdur.
1974-cü ildən arxivə Yaqub Mədətov
başçılıq edir.
Ünvan: 370106, Bakı, Azadlıq pr.,168
Telefon : (99412) 463-02-95, 463-02-94
|
|