Bülbülün xətirə muzeyi
10 iyun 1982-ci ildə Bakıda Azərbaycan professional vokal
sənətinin banisi, SSRİ xalq artisti, SSRİ Dövlət
Mükafatı layreatı, professor Bülbülün
memorial muzeyi açılmışdır. Muzeyin fondlarında
olan çox böyuk material Bülbülün yarlm
əsrdən çox öz yüksək parlaq istedadını
Azərbaycan musiqi incəsənətinə həsr
etməsini inandırıcı syrətdə göstərir.
Myzeydə Bülbülün yaradıcı, elmi-tədqiqi,
pedaqoji, ictimai fəaliyyəti, demək olar ki, Azərbaycan
musiqi incəsənətinin bütün cahələrinə
aid hərtərəfli və müxtəlif yaradıcılığı
haqqında 6000-dən artıq sənəd və material
toplanmışdır.
Bülbülün memorial myzeyinin ekspozisiyası
yaşayış evinin quruluşu ilə birlikdə
onun həyat və fəaliyyətini əkc etdirən
kompleksdən ibarətdir.
Muzey-sahəsi 75 kv.m. olan 4 ekspozisiya
otağından ibarətdir. 3 otaq memorial olaraq saxlanmışdır, biri sərgi
otağıdır. Bu mənzildə Bülbül
1937-ci ildən ömrünün son günlərinədək,
yə`ni 1961-ci ilin sentyabrınadək yaşayıb-yaratmışdır.
Soldan sağa: Rəhilə
Bunyatova; Ədilə Məmmədova; Adelaida Məmmədova; Ədilə Enaliyeva;
Firuztəc Əliyeva |
Muzeyə gələnləri vestibüldə Bülbülün
xoş təbəssümlü, ölməz simasını
göz önündə canlandıran büstü
qarşılayır.
Ev muzeyin fasadında Azərbaycan və rus dillərində
jazılmış memorial lövhələr yerləşdirilmişdir.
Memorial lövhənin müəllifi heykəltəraş
Aslan Rüstəmov.
Muzeyin
ünvanı: Bakı, 370000, Bülbül
prospekti, 15
Direktor
– Məmmədova Adelaida İrza qızı
Tel. (99412)93-56-97
|